Şrift:
Gürcüstan parlamentinin binası qarşısında etirazçılar konsert təşkil edib
05.07.2019 [10:54] - Gündəm, Siyasət
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.
15-ci gündür davam edən aksiyada “Musiqiçilər işğala qarşı” şüarı altında konsert təşkil olunub.
Aksiya iştirakçıları qarşısında müxtəlif stil və janrlara aid musiqi kollektivləri və tanınmış musiqiçilər çıxış edirlər. Musiqiçilər üzərində “Qaxaria evə get!” şüarı yazılmış maykalar geyiniblər.
Təşkilatçılar bildiriblər ki, bugünkü aksiya mədəni etirazdır. Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed