Şrift:
Azərbaycanlı idmançılar dünya birinciliyində dörd medal qazanıblar
29.07.2019 [10:14] - Xəbərlər, İdman
İyulun 28-də Macarıstanın paytaxtı Budapeştdə savat - Fransa boksunun asso versiyası üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyinə yekun vurulub.

Ölkəmizi Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti və böyük məşqçisi, respublikanın Əməkdar məşqçisi Rafiq Əliyevin rəhbərliyi ilə 5 idmançı təmsil edib.

Yığma komandamızın üzvü Aydın Sayadlı finalda rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Digər idmançılarımız Xəyal Astanov, Ayman Mahalov və Səid İbrahimov isə dünya birinciliyində bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya birinciliyinə 2021-ci ildə Bakı ev sahibliyi edəcək.
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed