Şrift:
Daha üç Azərbaycan güləşçisi dünya çempionatının finalına çıxmışdır
26.08.2012 [17:28] - Gündəm, İdman
Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı davam edir. Bu gün çempionatda yunan-Roma güləşi üzrə yarışlar keçirilir.
63 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Ruhin Mikayılov yarımfinalda türkiyəli güləşçisi Ensar Karabacak ilə görüşmüşdür. Ruhin rəqibinə qalib gələrək çempionatın final mərhələsinə keçmişdir. Finalda o, gürcü Gela Borkvadze ilə qarşılaşacaqdır.
Azərbaycan idmançısı Mikayıl Rəhmanov (46 kq) yarımfinalda qırğızıstanlı Balbai Dordokova qalib gəlmişdir. O, finalda gürcü Romaz Doidze ilə güləşəcəkdir.
Finalda daha bir idmançımız Kərim Cəfərovu (54 kq) Gürcüstan güləşçisi Bakuri Qoqoli ilə görüş gözləyir. Yarımfinalda Kərim Rüstəm Teişova (Qırğızıstan) qalib gəlmişdir.
Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed