Şrift:
Azərbaycan qazının Türkiyəyə ixracı ən ucuz və stabildir – SOCAR
27.08.2012 [11:40] - Xəbərlər, İqtisadiyyat
Türkiyəyə qazın ən ucuz və stabil nəqli Azərbaycandan hgəyata keçirilir. Bu barədə SOCAR Turkey Energy-nin rəhbəri, Petkim neft-kimya kompleksinin idarə heyətinin üzvü Kənan Yavuz Türkiyənin "Para Dergisi" jurnalına müsahibəsində bildirib.
"Bu gün İrandan Türkiyəyə bir kubmetr qazın ixracı 500 dollara başa gəlir. Rusiyadan idxal olunan qaz İran qazından 30 faiz, Azərbaycan qazı isə 40 faiz ucuzdur", -Yavuz deyib.
Onun sözlərinə görə, TANAP (Trans AnadoluТ qaz kəməri) layihəsini reallaşdırılmasından sonra Türkiyə Azərbaycandan daha altı milyard kubmetr qaz almağa başlayacaq. Zərurət olarsa Azərbaycandan Türkiyəyə qaz idxalı artırılacaq.
Bu gün Türkiyə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) qaz alır. Müqaviləyə görə, yatağın işlənməsinin birinci mərhələsində Türkiyə 6,6 milyard kubmetr, ikinci mərhələdə isə daha altı milyard kubmetr qaz alacaq.
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed