Şrift:
Tehranda Qoşulmama Hərəkatına üzv olan ölkələrin nazirlərinin iclası başlayıb
28.08.2012 [11:59] - Güney Azərbaycan xəbərləri
İranın paytaxtı Tehranda Qoşulmama Hərəkatına üzv olan ölkələrin xarici işlər nazirlərinin ikigünlük iclası öz işinə başlayıb. Bu barədə PressTV xəbər verir.
Bazar günü Tehranda ekspertlər səviyyəsində açılan Qoşulmama Hərəkatınının Zirvə toplantısında 100-dən artıq ölkə iştirak edəcək.
Qoşulmama Hərəkatınının ekspertlər səviyyəsində iclasının açılış mərasimində İran növbəbti il ərzində QH-na sədrliyi öz üzərinə götürüb.
QH dövlət və hökumət başçılarının görüşü Tehranda avqustun 28-29-da keçiriləcək. Zirvə toplantısı islam inqilabının lideri Ayətulla Seyid Əli Xamneyinin çıxışı ilə açılacaq.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed