Şrift:
ABŞ dövlət katibi konqresmenin Cənubi Azərbaycan məsələsi üzrə məktubuna cavab verib
28.08.2012 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamenti konqresmen Dana Rorobaher tərəfindən dövlət katibi Hillari Klintonun adına məktubun daxil olmasını təsdiq edib. Məktubda Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqilliyi uğrunda mübarizəyə dəstək verilməsinin vacibliyi və onun Azərbaycanla mümkün birləşməsi məsələsi yer alıb. Bu barədə brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bildirib.
Nulandın sözlərinə görə, dövlət katibi konqresmenin məktubuna cavab verib, lakin yazışmanın təfərrüatları açıqlanmayacaq.
"Biz ərazi bütövlüyü prinsipinə riayət edilməsinin lehinə çıxış edirik", - Nuland jurnalistlərin ABŞ-ın Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə mümkün dəstək verməsi haqqında sualını cavablandırarkən deyib.
Bu xəbər oxucular tərəfindən 1601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed