Şrift:
General: -İran güc yolu ilə olsa da, ABŞ-dan dondurulmuş aktivlərini geri alacaq"
29.08.2012 [16:08] - Güney Azərbaycan xəbərləri
General: "İran güc yolu ilə olsa da, ABŞ-dan dondurulmuş aktivlərini geri alacaq"
"Bundan sonra lap 50 il keçsə də, İran ABŞ-dan dondurulmuş dövlət aktivlərini geri alacaq, lazım gələrsə bunu güc yolu ilə edəcək"

İRNA agentliyinin verdiyi məlumata görə, bu sözləri İran Silahlı Qüvvələri komandanının müavini Məsud Cəzayiri deyib.

"İran xalqının aktivlərini dondurmaq iqtisadi terrorizm və xalqın malını oğurlamaq deməkdir. Təəssüflər olsun ki, ABŞ terrorizmin digər sahələrində olduğu kimi, bu sahəsində də bacarıqlıdır", - Cəzayiri bildirib.

O qeyd edib ki, ABŞ İran xalqının aktivlərini həmişəlik dondurduğunu və mənimsədiyini düşünürsə, səhv edir.

"Əmin olsunlar ki, biz öz aktivlərimizi geri alacağıq", - Cəzayiri əlavə edib.

O bildirib ki, çox çəkməz ki, ABŞ rejimi İranın aktivlərini artıqlaması ilə İran xalqına qaytaracaq.

İran-ABŞ əlaqələri 1979-cu ildə İranda inqilab baş verdikdən sonra Birləşmiş Ştatların Tehrandakı səfirliyi ələ keçirilməklə kəsilib. Bundan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Cimi Karter İrana qarşı yeni sanksiyaların tətbiqinə dair sərəncam verdi. Sərəncamla ABŞ ərazisində olan İranın bütün dövlət aktivlərinin və banklardakı pullarının dondurulmasına göstəriş verildi. ABŞ hər il bu sərəncamı qüvvədə saxlayır.
Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed