Şrift:
Azərbaycan və Gürcüstan sərhədçiləri görüşəcək
30.08.2012 [11:40] - Xəbərlər
Avqustun 30-31-də Azərbaycan və Gürcustanın sərhəd qurumları arasında əməkdaşlığın güclənməsinə yönəlmiş xüsusi İşçi Görüş keçiriləcək.
"Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsindən verilən məlumata görə, layihə çərçivəsində keçiriləcək görüşdə Gürcustanın Sərhəd və Patrul polisinin əməkdaşları, İCMPD-nin ( Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Latviyadan olan ekspertləri və Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndələri iştirak edəcəklər.
Görüşdə Sərhəd İdarəçiliyin Sahəsində İkitərəfli Əməkdaşlığa dair Koordinasiya İnstitutunun hüquqi əsaslarının hazırlanması, habelə bu sahədə effektiv əməkdaşlığın strateji prioritet istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunacaq.
Eyni zamanda, əməliyyat əməkdaşlığının təkmilləşdirilməsi və hər iki ölkənin Yaşıl Zolağın mühafizəsi sahəsində Sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.
Azərbaycan nümayəndə heyətini Proqramın ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev müşayiət edir.
Sonda iştirakçılara sertifikat təqdim olunacaqdır.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed