Şrift:
Milli Məclisin komitə iclaslarının vaxtı açıqlandı
10.09.2019 [10:16] - Xəbərlər, Siyasət
Milli Məclisin payız sessiyasının bəzi komitə iclaslarının vaxtı bəlli olub.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq payız sessiyasının komitə iclasları sentyabrın 15-dən sonra müəyyənləşir:

“Deputatlar növbəti payız sessiyası üçün lazım olan qanun layihələrini komitədə müzakirə edib plenar iclasa tövsiyə edəcəklər”.

Bəzi komitə sədrləri də Modern.az-a komitə iclasları barədə danışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ilk komitə iclası sentyabrın 17-də keçiriləcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin ilk iclası sentyabrın 20-də keçiriləcək. Komitə sədri Eldar İbrahimovun sözlərinə görə, komitədə müzakirə olunacaq qanun layihəsi də bəllidir:
“Milli Məclisin payız sessiyasının komitə iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini iş planına salacağıq. Aqrar siyasət komitəsinin üzvləri ilə birgə müzakirə edəcəyik”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, komitənin iclası sentybarın 20-dən sonra keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed