Şrift:
Urmiyə stadionunda “Nə mutlu türküm deyənə” şüarı səsləndirilib
11.09.2019 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərb aycanın Urmiyə şəhərinin Təxti stadionunda “Nə mutlu türkün deyənə” şüarı səsləndirilib.

“Urmiyə 90” futbol komandası sentyabrın 7-də ölkə kuboku oyunları çərçivəsində Kamyaranın “İttihad” komandasını qəbul edib. Azərbaycan komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək yarışların növbəti mərhələsinə yüksəlib.

Oyun zamanı “Urmiyə 90” tərəfdarları “Nə mutlu türküm deyənə” və “Haray Haray mən türkəm” kimi milli şüarlar səsləndirərək stadionu lərzəyə gətiriblər.

“Nə mutlu türküm deyənə” Türkiyə Cümhuriyyətinin qurucusu böyük öndər Mustafa Kamal Atatürkün məşhur kalamlarından biri olub.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed