Şrift:
Güney Azərbaycana qarşı məkrli oyun: Urmiya Universiteti iraqlı kürdlər üçün xüsusi kvota ayırıb
17.09.2019 [15:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsi prosesi müxtəlif yollarla həyata keçirilir.

İran rejimi bu istiqamətdə daha bir məkrli oyuna əl ataraq radikal kürdlər, hətta terrorçuların Qərbi Azərbaycan Əyalətinə üz tutması üçün ali təhsil müəssisəslərindən belə istifadə edir.

Son məlumata görə, Urmiya Universiteti İraq Kürdistanından olan öyrəncilər üçün xüsusi kvota müəyyən edib. Bunu universitetə qəbul olunan iraqlı kürdlərin sayının getdikcə artması sübut edir.

Universitetin türk öyrəncilərinin nigaranlığına səbəb olan qərar bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi üçün atılan növbəti addımlardan biri kimi qiymətləndirilir.

Uzun illərdir ki, Qərbi Azərbaycan Əyalətində yerli əhali müxtəlif formalarda sıxışdırılır, bölgəyə mühacirət edən radikal kürd qruplaşmalarının nümayəndələri isə əyalətin həssas rəsmi postlarına gətirilir. Xarici ölkələrin vətəndaşı olan kürdlərin müxtəlif bəhanələrlə Qərbi Azərbaycana üz tutması isə yerli əhali tərəfindən kəskin etirazla qarşılanır. Lakin təəssüflər olsun ki, İran rejimi tərəfindən dəstəklənən bölgənin kürdləşdirməsi prosesinin qarşısını almaq hələki mümkün olmayıb.

N.S
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed