Şrift:
Türkiyə KİV-ləri “Qafqaz Qartalı - 2019” birgə təlimini geniş işıqlandırır
28.09.2019 [11:58] - Xəbərlər, Siyasət
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi Türkiyə KİV-lərində geniş işıqlandırılır.

Ölkənin aparıcı televiziyalarından olan “TRT HABER”in sentyabrın 28-də saat 9.00-da başlayan xəbər proqramında təlimlərdən hazırlanan xüsusi reportaj yayımlanıb. Türkdilli tamaşaçılara məlumat verilib ki, təlimlər yüksək peşəkarlıqla davam edir. Anadolu Agentliyi, “Hürriyyət”, “Takvim”, “Yeni Şəfəq” qəzetləri, “A Haber”, “Haber-7” kanalları, eləcə də digər nüfuzlu KİV-lər də təlimlərin başladığı sentyabrın 23-dən etibarən mövzunu daim diqqət mərkəzində saxlayırlar.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed