Şrift:
Çində zavodda baş verən partlayışda ölən və yaralananlar olub
15.10.2019 [10:59] - Gündəm, Hadisə
Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda 4 nəfər ölüb, ikisi ağır olmaqla 3 nəfər yaralanıb.

Yerli KİV-lər xəbər verir ki, hadisə Yulin şəhəri ərazisindəki sənaye parkında yerli vaxtla saat 11:15 (Bakı vaxtilə 07:15) radələrində baş verib. Dərhal hadisə yerinə fövqəladə hallarla mübarizə qüvvələri və təcili yardım briqadaları cəlb olunub.

Hazırda ərazidə baş verən yanğının söndürülməsi prosesi davam edir. Ölü və yaralı sayının çoxalma ehtimalı var.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed