Şrift:
ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək
21.10.2019 [11:43] - Hərb
ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.
Bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.
"ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.
Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed