Şrift:
“Traxtur” növbəti görüşdə “Nəssaci” ilə qarşılaşacaq
21.10.2019 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası bazar ərtəsi günü Mazandaranın təmsilçisi ilə Qaimşəhrdə qarşılaşacaq.

İran üzrə futbol klublarının super liqa yarışlarının 7-ci həftəsində keçiriləcək görüşdə Azərbaycan komandası “Nəssaci”nin qonağı olacaq.

Görüş oktyabrın 21-i Təbriz vaxtı ilə saat 15:30-da Qaimşəhrin Vətəni stadionunda başlayacaq.

“Traxtur”-“Nəssaci” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

İdman saytlarında yayılan məlumata görə, “Traxtur”un zədəli oyunçuları Əşkan Dejaqe və Rza Şikari “Nəssaci” ilə görüşdə iştirak edə bilıməyəcəklər.

N.S
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed