Şrift:
Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib
12.11.2019 [11:48] - İdman
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.
Oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Lukas Sotiriou olacaq. Ona həmyerliləri Çaralambos Çaralambous və İoannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kiriakos Çristodoulou yerinə yetirəcək. Azərbaycan–Lixtenşteyn matçı noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed