Şrift:
Təbrizdə “Türk ədəbiyyatı və mədəniyətində gülüş, tənz və yumor” kitabının təqdimat mərasimi keçirildi
14.11.2019 [11:28] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin Neft-kimya salonunda Əli Poladın qələmə aldığı “Türk ədəbiyyatı və mədəniyətində gülüş, tənz və yumor” əsərinin təqdimat məasimi keçirilib. 7 cildlik kitabda İran adlı ərazidə son min ildə 600-dən çox türk yazıçı və şairin satirik şeir və nəsr nümunələri toplanılıb.
Əli Polad əsər barədə deyib: “Dünya üzrə birinci dəfədir ki, başqalarına gülmək deyil, insanları güldürmək məqsədi ilə belə bir böyük əsər qələmə alınıb. Əsərin birinci bölümü bir çoxları üçün cazibədar və gülməli olmaya bilər. Bu, dil, adət-ənənə və mədəniyyətdə baş verən dəyişiklərlə əlaqədardır”.
Mərasimdə şeirlər oxunub, aşıq mahnıları ifa olunub. İştirakçılar həmçinin satirik şeir yazan Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının yaradıcılıq gecəsi keçirilib.

DAVAM.AZ.
“Təbriz Bürosu”
(Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed