Şrift:
Savədə etirazçı qadın molla rejimi tərəfindən öldürülüb
18.11.2019 [23:30] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin molla rejiminin təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Savə rayonunda benzinin bahalaşmasına etiraz edən cavan qadını qətlə yetiriblər. Bu faktı təsdiq edən videogörüntü sosial şəbəkələrdə də yayılıbdır. Həmin video süjetdən göründüyü kimi, həmin cavan qadın hərəkətsiz halda yerdə uzanıb və onun ağzından qan gəlir. İnsanların qadının həyatını xilas etmək üçün göstərdikləri bütün təlaşlar nəticəsiz qalır. Etirazçıların dediklərinə əsasən, qadın polislərin insanların üzərinə hücumu nəticəsində ölüb.
Qeyd etmək lazımdır ki, son 3 gündə keçirilmiş etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin insanlara atəş açması nəticəsində onlarla etirazçının öldüyü deyilir. İranda internet məhdudlaşdırıldığından, hələ ki, ölən və yaralananların dəqiq statistikası ilə bağlı məlumat yoxdur. Molla rejiminin “dini lideri” Əli Xamneyi ötən gün etdiyi çıxış zamanı etirazlarda bir neçə nəfərin öldürüldüyünü təsdiqləmişdi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed