Şrift:
Güney Azərbaycanın iki ünlü futbol takımının görüşü ləğv olunub
22.11.2019 [11:14] - Güney Azərbaycan xəbərləri
Benzinin qiymətinin bahalaşması ilə bağlı İran adlı ölkədə və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də tam səngiməyib, etirazlar rejimi bir çox önləyici tədbirlər almağa vadar edib. Bu istiqamətdə tədbirlərin davamı olaraq Güney Azərbaycanın ən çox tərəfdarı olan iki futbol komandasının görüşü ləğv edilib. Məlumata görə, İran adlı öğlkənin çempionatının I dəstəsinin oyunları çərçivəsində keçrilməsi planlaşdırılan “Urmiya 90” və Şirazın “Fəcr sepasi” komandalarının görüşü baş tutmayıb. Bundan əvvəl oyunun noyabrın 21-i yerli vaxtla saat 14:30-da Urmiyanın Təxti stadionunda keçiriləcəyi elan olunmuşdur.
Ləğv edilən görüşlərdən biri isə bu gün Təbrizin səhənd stadionunda baş tutmalı idi. Güney Azərbaycanın “Traxtur” klubu “Şəhri-i Xodro”nu noyabrın 22-i yerli vaxtla saat 15:30-da səhənd stadionunda qəbul etməli idi, lakin oyun Futbol Federasiyası və Liqa Təşkilatı tərəfindən ləğv edildiyi üçün bu, mümkün olmayıb. Bu həftə İran çempionatının I dəstəsinin oyunları və super liqa yarışları çərçivəsində keçirilməsi gözlənilən daha bir neçə görüş ləğv olunub. Oyunların nə zaman keçiriləcəyi hələlik məlum deyil. Diktator rejimin məsulları bu qərarı görüşlərin keçirilməsi üçün lazımi şəraitin olmadığı ilə izah ediblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed