Şrift:
Marneulidə həvəskar velo-yürüş baş tutub
22.11.2019 [12:27] - Borçalı
İlk dəfə olaraq Marneulidə həvəskar velo-yürüş keçirilib. Həvəskar yürüş Marneuli Munisipalitetinin Meriyası tərəfindən, Ağməmmədli-Qasımlı-Ulaşlı kəndlərini birləşdirən, uzunluğu 4 km olan yenidən qurulmuş avtomobil yolunda "Yeni yol - Sağlam həyat tərzinin təbliği" şüarı altında təşkil edilib. Baş tutan yürüşdə yerli gənclər iştirak ediblər.
Tədbirdə, Marneuli Munisipalitetinin meri - Zaur Darğallı, Kvemo Kartli qubernatoru - Şota Rexviaşvili, Marneulinin majoritar deputatları - Tamaz Naveriani və Ruslan Hacıyev, həmçinin Meriya və Sakrebulonun digər rəsmiləri iştirak ediblər. Velo-yürüşün sonunda, mərkəzi və yerli hakimiyyət nümayəndələri bu il həyata keçirilən genişmiqyaslı yol infrastrukturu layihələrini yerli əhali ilə birlikdə xülasə ediblər.
Qeyd edək ki, Ağməmmədli, Qasımlı və Ulaşlı kəndlərini birləşdirən, uzunluğu 4 km olan yolun abadlaşdırılması üçün bölgədə həyata keçiriləcək layihələr fondundan 1 397 539 lari pul xərclənib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed