Şrift:
Marneulidə şagirdlər arasında bilik yarışı keçirildi
22.11.2019 [12:38] - Borçalı
Marneulidə 9-11-ci sinif şagirdləri arasında “Nəriman Nərimanov” adına bilik yarışı keçirildi. Yarış "AtaHolding" idman kompleksində baş tutdu. Yarışın təşkilatçısı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) idi. Yarışmada 9 komanda iştirak edirdi. Həmin komandalar Marneuli, Qardabani, Bolnisi məktəbləri, həmçinin Tbilisi 64 saylı ictimai məktəbini təmsil edirdilər. Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Aygül İsayeva açaraq qonaqları salamladı. O, bidirdi ki, “Nəriman Nərimanov” adına bilik yarışı Gürcüstanda ilk dəfə təşkil olunur və bu cür təbirlər davamlı keçirləcək.
Aygül İsayeva daha sonra yarışmanın şərtləri barədə iştirakçılara məlumat verdi və yarışda ilk iştirak edəcək komandalar püşkatma ilə müəyyənləşdirildi. İştirakçılar hər birində üç komanda olmaqla 3 qrupa ayrldılar və hər qrupda qalib gələn komanda final mərhələsinə keçdi. Finala keçid alan “Günəş”, “Teen Wolves” və “Zəka” komandalarının mübarizəsində isə ən yaxşı nəticəni göstərən “Günəş” komandası yarışın qalibi oldu. 2-ci yeri “Teen Wolves”, 3-cü yeri isə “Zəka” komandası tutdu. Yarışın sonunda bu komandalara müvafiq olaraq kubok və sertifikat təqdim olundu. Həmçinin, qalib komandanın üzvləri (I yerin sahibi) “GAİM”-in sentyabr ayında təşkil edəcəyi kurslarda (yalnız bir kursda) imtahansız iştirak etmək hüququ qazandılar.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed