Şrift:
Nazir müavini: Sosial şəbəkələrdə yanlış informasiya yayanlar işdən çıxarılanlardır
25.11.2019 [09:44] - Hadisə
Aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə düzgün olmayan informasiyalar yayılır. Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə belə məlumatları paylaşanların bir qismi vaxtilə meşə müəssisələrində işləmiş, amma sonradan işdən çıxarılan şəxslərdir: "Bu məlumatlar onların təxəyyülünün məhsuludur. Ömründə bir ağac belə əkməyən bu şəxslər özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq şikayəti olan hər kəsi dinləməyə hazırıq".
Aqrobağların salınması ilə bağlı işlərdən danışan F.Əliyev əlavə edib ki, 2017-ci ildə Meşə Məcəlləsinə dəyişiklik edilənə qədər meşələr 10 il müddətinə sahibkarlara icarəyə verilirdi. 2017-ci ildə edilən dəyişikliklər isə meşələrin daha uzun müddətə icarəyə verilməsini nəzərdə tutur: "Elə ağaclar var ki, onlar 5-6 ildən sonra məhsul verməyə başlayır. Belə olan halda sahibkar üçün meşəni icarəyə götürmək maraqlı deyildi. Çünki sahibkar ona milyonlarla manat vəsait sərf edirdi. Ona görə də icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə aqrobağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur. Bunun nəyi pisdir ki!"

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed