Şrift:
Güney Azərbaycanda fəalları yaxalaması davam edir
25.11.2019 [11:04] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı həbs dalğası durmadan artmaqdadır. Qanunusz olaraq axtarışlar apararaq milli fəalların evlərində onlara məxsus əşyalar müsadirə olunur və özləri isə tutuqlanırlar. Qanunsuz olaraq tutuqlananların bəzilərinin siyahısı redaksiyamıza daxil olubdur. Yaxalananlardan bəzilərinin də adı məlum olub. Başkənd Təbrizdə rejim milli fəallardan Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Höccət Muxtarzadə, Babək Hüseyni Müqəddəm və s. fəallar tutuqlayaraq naməlum istiqamətlərə aparıbdır. Eyni zamanda milli fəallardan həmçinin 16 nəfərin yaxalandığı hələlik məlum olub. Hələlik adları məlum olanlar aşağıdakılardan ibarətdir:
Davud Şiri
Əyyub Şiri
Əkbər Mühaciri
Şahin Bərzgər
Ruzbeh Piri
Yaşar Piri
Höccət Muxtari
Babək Hüseyni Müqəddəm
Siyamək Seyfi
Meysəm Colani
Əli Əziz
Əhməd Abdini
Fəraz Noruzi
Qəffar Rzayian
Tohid Qulami
Salar Tahiri Əfşar

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed