Şrift:
Dərbənd “Azərbaycan Dövlət Teatrı”nın binasının inşaatı 2021 –ci ildə tamamlanacaq
29.11.2019 [22:35] - Dərbənd
Dərbəndin Xəyal restoranın zalında şəhərin master -planı üzrə açıq müsabiqə keçirilmişdir. Müsabiqədə üç firma iştirak edib. Münsiflər heyəti, müsabiqənin qalibini kimi Rusiyanın “Novaya zemlya” firmasını seçmişlər.
Tədbirdə Dağıstan Respublikası Hökuməti başçısının müavini Vladimir Lemeşko, Dərbənd şəhərinin başçısı Xizri Abakarov, münsiflər heyəti, tarixçilər, jurnalistlər iştirak etmişdir. Dərbəndin meri Xizri Abakarov Dərbənddə nə vaxt Azərbaycan Dövlət Dram teatrının binası tikiləcək sualına cavab olaraq bildirmişdir ki, 2021-ci ildə Dərbənd “Azərbaycan Teatrı”nın yeni binası istifadəyə veriləcək. Hal-hazırda teatrın binasının sənədləri ilə məşğuluq.

DAVAM.AZ
“Dərbənd Bürosu” (Dağıstan)
Bu xəbər oxucular tərəfindən 29199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed