Şrift:
Gürcüstanda minlərlə şagird təhsilini yarımçıq qoyub
03.12.2019 [12:36] - Xəbərlər
Gürcüstanda 2018-2019-cu tədris ilində 12 049 şagird təhsilini yarımçıq qoyub.
Bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik müqayisədə təhsili dayandıran şagirdlərin sayı 2% azalıb. Orta təhsil müəssisələrini tərk edən şagirdlərin 40,7%-i qız, 59,3%-i isə oğlan olub. Sənədə əsasən, ötənilki dərs ilinin əvvəlində Gürcüstanda 2 313 orta təhsil müəssisəsi olub ki, onların 2 086-sı dövlət, 227-si isə özəldir.
Məktəblərdə təhsil alan şagirdlərin sayı 592,9 min nəfər təşkil edib. Bu göstərici illik müqayisədə 1,5% çoxdur. Şagirdlərin 89,4%-i dövlət, 10,6%-i isə özəl məktəblərin payına düşüb. Onların 47,9%-ni qızlar, 52,1%-ni isə oğlanlar təşkil edib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed