Şrift:
Xidmət iti sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı
06.12.2019 [09:40] - Hadisə
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 3000 ədəd "King" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed