Şrift:
Bakıda FIFA-nın dəstəyi ilə beynəlxalq seminar başlayıb
12.12.2019 [10:12] - İdman
FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb. FIFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi seminarda AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.
Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, Dalğa Futbol Mərkəzi ilə tanış olduqdan sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Düdelanj” oyununu izləyəcəklər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed