Şrift:
Ukraynada ermənilərin sıxışdrılmasının səbəbləri
15.12.2019 [10:59] - Gündəm
Azərbaycana və Türk Dünyasına çox böyük dəyər verən Ukraynanın son günlərdə ermənilərə qarşı atdığı sərt addımların bir sıra səbəbləri vardır. Hal-hazırda ölkənin elmi çevrələri və analitik qrupları bu barədə çox ciddi nəticələr ortaya qoyublar. Bu yöndə irəli sürülən konseptual məsələlər isə bunlardan ibarətdir:
1. Ukraynanın tarixi ərazilərində aparılan araşdırmalar zamanı qədim skif (iskit, sakat və sarmat) mədəniyyətinin türklərə məxsus olması,
2. İndiki Ukrayna, Polonya (Polşa), Litonya (Litva), Basaroba (indiki Rumıniya və Moldova), Dnepr-Dunay hövzələrində türklərlə ukraynanıların ortaq genetic qan bağlantılarının olması,
3. Ukraynanın dövlət bağımsızlığı üçün Krım Türklərinin, Azərbaycan Türklərinin və digər Türk xalqlarını təmsil edən diaspora təşkilatlarının fədakarlıq nümayiş etdirməsi kimi dəyərlər dövlət səviyyəsində çox yüksək dəyərləndirilir. Bunu Ukraynanın milli təşkilatları, siyasi partiyaları, bütövlükdə cəmiyyət də görür və bütün bunlardan qürur duyduqlarını gizlətmirlər də.
Ermənilərin Ukryananın tarix boyu işğallara məruz qalmasında xəyanətinin miqyası son bir neçə ildə hesablanmağa başlamışdır. Krım Xanlığının, Dunay hövzəsinin, Qərbi və Şərqi Ukraynanın Çarlıq Rusiyası tərəfindən istilasında ermənilərin xidməti bütün çalarları ilə Kiyev rəsmiləri tərəfindən dilə gətirilməkdədir. Artıq ukrain xalqı bu gün süni şəkildə “democrat” cildinə girmiş ermənilərə inanmadıqlarını açıq şəkildə dilə gətirirlər.

Ukraynada erməni separatizminin kökləri

Ukraynanın Krım uğrunda 1735-1739, 1768-1774, 1776-1782-ci illərdə yaşanılan “Çar Rusiyası və Osmanlı savaşları” zamanı burad yaşayan erməni “könüllülər” o dönəmdə rus ordusunun tərəfinə keçmişdilər. Beləliklə, Krım və Balkanlarda yaşayan yerli türk əhalisinə qarşı tarixdə görünməyən soyqırımlar həyata keçirildi. Bu barədə “Çar Rusiyasının hərb səlnamə”lərini yazan Vasili Tatişev, Nikolay Karamzin və digər tarixçilərin əsərlərində bu barədə kifayət qədər baş vermiş hadisələr qeydə alınıbdır.
1917-ci ildə Çarlıq Rusiyası çökdükdən sonra, 2 oktyabr tarixində Krım Respublikası elan edildi. Yerli türk əhalisi və ukrayna xalqı müstəqil dövlətin yaradılması üçün bir yerdə addımlar atdılar. Cəfər Seyidəhməd və Noman Çələbixan kimi liderlər demək olar ki, bölgənin qurtuluşu məsələsində ermənilərin separatizm siyasəti yürütməsi və satqınlıqları nəticəsində Krımın Ukraynanın tərkibində Muxtar Respublika statusunun devrilməsi uğrunda gedən savaşda məğlub oldular. 1921-ci ildə Krım bir bölgə kimi Muxtar Respublika statusu ilə Rusiya Federasiyasına birləşdirildi. 1954-cü ildə Krım tarixi ədalətin sayəsində Ukraynanın tərkibinə qaytarıldı. 1991-ci ildə keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra, Krımın yenidən Rusiyaya ilhaq edilməsi üçün bölgədə yaşayanermənilər separatçı siyasət yürütməyə başladılar. “Krım Erməni İcması”, “Ararat Cəmiyyəti”, “Erməni Ağsaqqallar Şurası”, “Mayrik” Erməni Qadınları Liqası, “Erməni Gəncləri Komitəsi”, “Hayazq” Fondu, “MANKAQO S”, “RANKARK”, “Luys” Cəmiyyəti və digər erməni təşkilatları təkcə Krımda deyil, faktiki olaraq Ukraynda bu hədəfləri sərgiləməkdən çəkinmirdilər. 2014-cü ildə Krımın bir gecədə yenidən işğal olunmasında yerli erməni təşkilatları yaxından iştirak etdilər. Çünki, bu təşkilatların üzvləri harada “etnik separtatizim” siyasəti yürüdülürsə, orada qan tökmüşlər, yüz minlərlə dinc və günasız insanların doğma yurd-yuvalarından didərgin düşmələrində iştirak ediblər. Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı “separatçı” bölgələrdəki döyüşlərin xronikası da bunları isbat edir (mənbə: https://www.kavkazplus.com/news.php?id=16790#.XTRLt-gzaUk, https://rus.azatutyun.am/a/26550823.html, https://topwar.ru/140404-vopros-armyanskiy-no-vinovata-rossiya.html, https://mediamax.am/ru/news/special-report/16179/).
1991-ci ildən indiyə kimi Ukraynada Leonid Kuçma, Leonid Kravçuk, Viktor Yuşenko, Viktor Yanukoviç, Petr Poroşenko və Vladimir Zelenski prezident seçilmişlər. Ancaq, ilk dəfədir ki, prezident səviyyəsində ermənilərin bu dövlətə qarşı apardıqları siyasətə açıq şəkildə dur deyilməsinə başlanılıbdır. Vladimir Zelenski ermənilərə məxsus iri şirkətlərin ölkənin biznes və maliyyə sektorundakı mövqelərinə ən ağır və sarsıdıcı zərbələri vurmaqdadır. Buna görə də Ukraynadakı ermənilərə məxsus iri şirkətlər və maliyyə quruluşları digər dövlətlərə köçməyə başlayıblar. Tarixin acı ironiyası artıq ermənilərin göz yaşlarına inanmamaqdadır.

Zelenski erməniləri sıradan çıxararaq türklərə üstünlük verir

Ötən ay Türkiyəyə məxsus “Onur Holding”i Ukraynanın Poltava vilayıətində 1 milyard qrin (Ukraynanın milli valyutası) dəyərində avtomobil yollarının yenidən qurulması üçün keçirilən tenderin qalibi oldu. Beləliklə “Onur Holding” Poltava vilayətində ümumi həcmi 21 milyard qrin dəyərində “Tender Troller”ini ələ keçirdi. Faktiki olaraq yol inşaatı sektoru vilayətdəki erməni şirkətlərinin əlindən çıxmış oldu. Odessa və Donetsk vilayətləri üzərindən Ukraynanın yol inşaatı sektorunda uzun illərdir güclü monopoliyaya malik olan erməni şirkətlərinin üzünə rəsmi Kiyevin qüapıları bağlanıb.
Türkiyəyə məxsus digər şirkətlər Kiyev-Xarkov-Doljanski avtomobil yollarının yenidən salınması üzrə keçirilən tenderləri udublar. Ümumi dəyəri 1 milyard 185 milyon qrin olan yol inşaatı da Türkiyəyə məxsus şirkətlər tərəfindən həyata keçiriləcəkdir. “M-03” adlanan bu layihənin əvvəllər erməni şirkətləri tərəfindən icrasında süni şəkildə qiymətartımları siyasəti də ifşa olunubdur. Beləliklə də Odessa və Donetsk şəhər merlərinin nəzarətində olan, dolayı yolla ermənilər tərəfindən idarə olunan “Altkom” və “Rostdorstroy” şirkətləri ilk dəfə olaraq ağır maliyyə böhranları ilə üz-üzə qaldılar.
“Onur Holding”in sahibləri İhsan və Çetin Onur qardaşları yol inşaatı sektorunda bir sıra uğurlu addımları atmaqla yanaşı, həm də Ukraynada nəqliyyat, xidmət, qida və digər sektorlarda sosial ədalət prinsiplərinə uyğun layihələri də həyata keçirmək üçün bir çox uğurlara imza atmış oldular.
“Nikolaevbudsentr” və “Dorlider” kimi ixtisaslaşmış yol inşaatı şirkətlərinin əsil sahibi Araik Əmurxanyan maliyyə fırıldaqlarına görə, Ukrayna polisi tərəfindən həbs olunub. Onun biznes sektorunun “kriminal” qaydalarla idarə etməsi və “Ukrayna Avtomobil Yolları” sektorunda uzun illər həyata keçirdiyi fırıldaqlar ölkənin Baş Prokurorluğu tərəfindən isbat olunub. Güc strukturlarının açıqlamasına görə Araik Əmurxanyan uzun illər ermənilərdən ibarət “cinayətkar qruplar” tərəfindən tenderlərə qatılan rəqiblərini silahla və ölümlə təhdid etmək taktikası ilə hərəkət edirmiş. Yol təmiri sifarişlərindən əldə etdiyi milyardlarla gəlirləri terrorizm və etnik separatizm hədəfləri üçün xərcləyirmiş. Ukryana təhlükəsizlik orqanlarının son açıqlamasına görə ölkə Konstitusiyasına qarşı çıxış edən terror təşkilatlarının maliyyə baxımından sponsoru elə Araik Əmurxanyanın özüymüş. Onun şirkətlərində aparılan araşdırmalar zamanı bəlli olub ki, 17 tender layihəsinin həyata keçirilməsində 15 milyon 600 min qrin pul mənimsənilibdir. Ukryananın “Antimopoliya Komitəsi”nin hazırladığı xüsusi hesabat əsasında Araik Əmurxanyan həbs olunubdur.

Ukraynada “5-ci kolon”nun himayədarları

Ukraynanın Zaporojye bölgəsindəki Artaşes və Xoren Sərkisyan qardaşlarının himayə etdiyi erməni kriminal qruplaşması, “Ziroyan” və “Metsoyan” qruplaşmaları, Kamo Səfəryan, Rafel Bağdasaryan, Rudolf Ohanov, Vladimir Ohanov, Araik Arakelyan, Arutyun Rostomyan, Ayk Arakelyan, Vardkes Aslanyan, Tiqran Asatryan, Vaçiqan Petrosov, Rafis Qablaslyamov, Marspetuni Petrosyan, Robert Sərkisyan, Nihal Barseqyan, Andranik Soqoyan, Albert İsoyan, Eduard Asatryan, Norik Kalçyan, Serj Cilalyan, Gevork Melikyan, Mais Karapetyan, Arman caninyan, Rafik Xoseyan və digər erməni cinayətkarları sadəcə kriminal aləmdə uzun illər hökm sürməyiblər. Onlar eyni zamanda Ukraynanın iqtisadi, maliyyə və biznes sektorunu talan etmək kimi hədəfləri irəli sürüblər. Bu qruplaşmalar qara bazarda silah, narkotika, insan orqanlarının transplatasiyası kimi sahələrdə xüsusi çəkiyə malik olublar. Ermənilərə aid kriminal qruplaşmalar Ukraynanı əbəs yerə seçməmişdilər. Ukrayna üzərindən Şərqi Avropa ölkələrində kirli biznes sahəsini nəzarət onların əsas gəlir mənbəyi demək idi. Ukraynada davamlı olaraq hakimiyyət çevrilişlərinin baş verməsində erməni kriminal qruplaşmaları xüsusi şəkildə fəallıq göstəriblər. Çünki, ölkədə xaosun baş verməsi həm də onların “bulanıq suda balıq ovlamaq” kimi həfdəflərinə hedsablanmış daha çox gəlir əldə etmələri demək idi. Ukrynanın Şərqi Avropada ən kasıb dövlətlərindən biri olmasının səbəbləri məhz bu faktorla bağlıdır.
Ukraynda Vladimir Zelenski və komandasının hakimiyyətə gəlməsi Şərqi Avropada bir sıra problemlərin həlli deməkdir. İlk öncə kriminal qruplaşmaların hakimiyyətə təsir imkanlarının aradan qaldırılması, bölgənin sabit iqtisadi, siyasi, ictimai və digər sahələrdə uğurlar əldə etməsi üçün ciddi addımlar atılır. Ukryananın yeni hakimiyyəti kriminal strukturlara malik şirkətlərlə bağlı xüsusi raportlar atılmışdır. Ona görə də ermənilərin kriminal şəbəkələrinə bağlı şirkətlərin üzünə bütün qapılar bağlanılıbdır. Ukraynada ermənilərə məxsus kriminal çetelərin kütləvi şəkildə həbsinin mənası da budur.

Ə. Yusifoğlu
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed