Şrift:
Tehran rejimi Urmu Gölünün bərpasını bir neçə ildən sonraya saxladı
16.12.2019 [11:00] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni idarə edən mollakratiya rejiminin Urmu Gölünün bərpası ilə bağlı çıxardığı son qərara görə dövlət büdcəsində maliyyə qıtlığı bəhanəsini irəli sürərək prosesləri bir neçə ildən sonraya salamışdır.
Urmu Gölünün Bərpası Təşkilatının katibi Xəlil Sai deyib ki, dövlət gölün bərpası üçün lazımi büdcənin yalnız 42 faizini ayırmışdır ona görə də gölün bərpası 2022-ci ildən 2027-ci ilə keçirildi.
Urmu gölünün Bərpası Təşkilatının Güney Azərbaycan üzrə nümayəndəsi Fərhad Sərxoş isə bundan öncə demişdi ki, neçə aydır Urmu gölünün bərpas üçün dövlət tərəfindən büdcə nəzərdə tutulsa da, dövlət orqanlarına bildirilməyib.
Sərxoş deyib: “Urmu gölünün bərpasında əsas çətinlik maliyyə problemləridir. Urmu gölünün bərpası üçün toplam 200 milyard tümən təsdiqlənib, lakin indiyədək icra strukturlarına elan olunmayıb. Urmiya gölünün bərpası layihələri dövlət orqanlarının əlindədir və icra edilir. Bu layihələrdən bəzilərində 80-85 faiz irəliləmə var. Bunların büdcəsi təmin edilməlidir. Bundan əlavə, ikinci və üçüncü mərhələdə də Urmiya gölünün bərpası üçün büdcə verilməlidir. Əks halda, layihələr maliyyə problemləri ilə üzləşəcək. Buna görə, büdcə tədricən icraçı orqanlara verilməlidir ki, layihələrin icrasında fasilə yaranmasın”, o qeyd edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed