Şrift:
ABŞ müdafiə sisteminin İranın uzaqmənzilli raketlərinə tab gətirməyəcəyi açıqlanıb
13.09.2012 [15:42] - Gündəm
ABŞ Milli Araşdırma Şurası ölkənin müdafiə sisteminin İranın uzaqmənzilli raketlərinin zərbələrinə tab gətirməyəcəyini açıqlayıb.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, təşkilatın hazırladığı hesabatda ABŞ müdafiə sisteminin qəzalı olduğunu, bu baxımdan İranın uzaqmənzilli raketlərinin zərbələrinə davam gətirməyəcəyi qeyd olunub.

Şurada təmsil olunan elm adamları və mütəxəssislərdən ibarət 16 nəfərlik heyət bununla bağlı ABŞ prezidentinə müraciət edib. Onlar Barak Obamaya öz müdafiə strategiyasını dəyişdirməyi və sabiq prezident Corc Buşdan miras aldığı sistemə dönməsini təklif ediblər.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed