Şrift:
Əli Həsənov: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri daha dərinləşmiş formadadır
14.09.2012 [00:10] - Xəbərlər
Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri daha dərinləşmiş formadadır. Bunun da əsasında o dayanır ki, hər iki ölkə həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli münasibətlərdə istisnasız bir-birilərini dəstəkləyir. Bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərini şərh edərkən deyib.
"Hər iki ölkə bir-birilərinin həm daxili, həm də xarici problemləri qarşısında özünün bütün imkanlarından istifadə edir, bir-birilərinin maraqlarını daim nəzərə alır", - Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan eyni prinsipləri digər qonşu dövlətlərlə də həyata keçirir. Bəzi dövlətlərlə bu münasibətlər başlanğıc formasında, bəziləri ilə dərinləşmiş formada, bəziləri ilə isə artıq strateji müttəfiqlik formasındadır.
"Azərbaycan qonşuları ilə münasibətlərini əksər hallarda strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq prinsipləri əsasında qurur. Ölkəni əhatə edən dövlətlərin əksəriyyəti ilə, yalnız Ermənistan istisna olmaqla, Azərbaycanın oxşar müqavilələri mövcuddur. Belə müqavilələr Rusiya, İran, Ukrayna, Gürcüstan və digər dövlətləilə də mövcuddur", - PA rəsmisi qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed