Şrift:
Şəmkir, Neftçala və Hacıqabul rayonlarında oğurluq edən şəxslər tutulublar
16.01.2020 [10:24] - Hadisə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Şəmkir rayonu ərazisindəki evlərin birindən 2050 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini H.Məmmədov, Şəmkir şəhər sakinləri Ə.Əliyev və E.Haqverdiyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Neftçala rayonu ərazisindəki evlərin birindən isə 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, ev sahibəsinin nəvəsi İ.Hüseynli Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini Q.Abbasovun 310 manatını oğurlayan Bakı şəhər sakini S.Abbasovanı tutublar. Faktlarla bağlı araşdırmalar aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed