Şrift:
Biləsuvar gəncləri “Könüllü qonaq” çərçivəsində növbəti ailəyə baş çəkiblər
24.01.2020 [12:24] - Gənclik
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Biləsuvar gəncləri tərəfindən davam etdirilib. Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.
Təmizlik işləri aparan, ev, həyət və bağda səliqə-sahman yaradan gənclər ev sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz həyat hekayəsini gənclərlə paylaşıblar. Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed