Şrift:
Əməliyyatdan qaçan PKK terrorçuları İrana sığınır
19.09.2012 [14:16] - Xəbərlər
PKK-nın silahlı dəstələri, bölgədəki mağaralarından və sığınacaqlarından çıxaraq İraqın içərilərinə və qonşu İranın ərazisinə qaçırlar.

Türk Silahlı qüvvələrinin ölkənin Cənub-Qərb vilayətlərində həyata keçirdikləri geniş miqyaslı hərbi antiterror əməliyyatlarından sonra ağır itgilər verən terror təşkilatı PKK-nın silahlı dəstələri, bölgədəki mağaralarından və sığınacaqlarından çıxaraq İraqın içərilərinə və ğonşu İranın ərazisinə qaçırlar.

Əməliyyat zamanı Türkiyə təhlükəsizlik qüvvələrinə əsir düşmüş bir PKK terrorçusunun verdiyi ifadələr, yüzlərlə kürd separatçısının (bölücü) İrana sığındığını təsdiqləyib.

İfadəsində terrorçuların İran ərazisindəki Şehidan düşərgəsinə yığışdığını, burada dincəldikdən və səhra xəstəxanalarında müalicə olunduqdan sonra payız sonlarında yenidən Şimali İraqa, oradan da Türkiyəyə sızacaqlarını deyən terrorçu, son əməliyyat zamanı PKK-nın verdiyi ağır itgilərdən danışıb.

Onun sözlərinə görə, bir neçə gün şiddətlə davam edən həm hava bombardımanı, həm də yerüstü əməliyyatlar zamanı terror təşkilatı 1000-ə yaxın silahlısını itirib.

Qeyd edək ki, Türkiyənin bir neçə vilayətini əhatə edən əməliyyatlar hələ də tam gücü ilə davam edir.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed