Şrift:
Fərəc Quliyevin Yeni Günəşlidə seçicilərlə səmimi görüşü keçirildi (foto)
31.01.2020 [16:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin dünən- 30.01.2020 tarixində Yeni Günəşli qəsəbəsində seçicilərlə görüşü keçirildi. Çay süfrəsi ətrafında keçirilən səmimi görüşdə iştirak edən xeyli sayda sakinlə söhbət edən namizəd bildirdi ki, görüşlərdə sakinlərə vəd deyil, hesabat verir. O, millət vəkili olduğu ötən dönəmdəki fəaliyyəti və gördüyü işlərdən bir neçə məqama toxunaraq, qeyd etdi ki, həmin dövrdə həftədə bir dəfə ərazidə keçirilən məhəlli görüşlərdə, mütəmadi keçirilən qəbullar və göndərilən məktublar vasitəsi ilə edilən çoxsaylı müraciətlər və onların həlli ilə bağlı geniş hesabat dərc etdirib ki, həmin hesabat seçicilərə paylanılır. Faktlarla təqdim olunan həmin hesabatdan da göründüyü kimi edilən minlərlə müraciətin əksəriyyətinin həllinə nail ola bildiyini deyən F.Quliyev seçiləcəyi təqdirdə fəaliyyətini bu cür də davam etdirəcəyini bildirdi. O, parlamentdə 4 il ərzində verdiyi 177 təklif barədə də danışaraq bütün sahələr üzrə sahib olduğu konsepsiyaların həyata keçməsinə çalışdığı və parlamentdə xalqın səsi olmaqdan qürur duyduğunu qeyd etdi.
Görüşdə iştitak edən ziyalılar, müharibə veteranları, dindarlar, təqaüdçülər və gənclər ayrı-ayrılıqda danışaraq F.Quliyevin bütün fəaliyyətində göstərdiyi diqqətə, qayğıya və verdiyi dəstəyə görə təmsil olunduqları cəmiyyətlər adından təşəkkürlərini bildirdilər, eləcə dəstəklərini ifadə etdilər. Sakinlər respublika və rayon səviyyəsində olan mövcud problemlərdən də danışdılar, təkliflər və müraciətlər etdilər. Uşaqlara, gənc ailələrə, müharibə veteranlarına və təqaüdçülərə dövlət dəstəyinin verilməsi, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, neft pullarının ölkədə istifadəyə verilməsi ilə bağlı və s. kimi səsləndirilən təkliflərlə bağlı F.Quliyevin hökumət qarşısında qaldırdığı məsələlər sakinlərin diqqətinə çatdırıldı, edilən fərdi müraciətlər isə cavabdeh qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Sonda sakinlər görüşün belə səmimi keçirilməsinə görə məmnunluqlarını bildirərək, F.Quliyevin seçkilərdə qalib gələcəyinə əminliklərini bildirdilər.
Həmin görüşdən fotolar təqdim edirik:

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed