Şrift:
Gənclər təşkilatları ilə 14-cü qrant müsabiqəsinə dair görüş keçirilib
06.02.2020 [13:25] - Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə 14-cü qrant müsabiqəsi ilə bağlı gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün məqsədi dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant müsabiqəsi çərçivəsində maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır. ARGTMŞ-in sədri Məryəm Məcidova və Gənclər Fondunun əməkdaşı Rahim Rahimov 14-cü qrant müsabiqəsində prioritet mövzular və layihə təkliflərinin qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli qərarı ilə təsdiqlənən “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən, Fond gənclər təşkilatları üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə hər il müraciətləri qəbul edir. Sonda Gənclər Fonduna layihələrin təqdim olunması barədə rəy və təkliflər dinlənilib, müzakirələr aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed