Şrift:
Bakı Şəhər İcra Hakimiyyəti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib
08.02.2020 [11:37] - ---
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müraciət edərək bildirir ki, bu gün gecədən başlayaraq hava şəraiti kəskin dəyişəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimalı var.

Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib.

Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaq.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed