Şrift:
İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçular açıqlanıb
12.02.2020 [09:17] - İdman
İngiltərə Premyer Liqasında ən yüksək maaş alan futbolçular müəyyənləşib.
Siyahıda 15 futbolçu yer alıb. "Mançester Yunayted"in qapıçısı David De Xea 23 milyon avroluq maaşla hamını qabaqlayıb. Onun ən yaxın izləyicisi olan "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruynenin illik qazancı 19,7 milyon avrodur. İlk "3-lüy"ü "şəhərlilər"in digər oyunçusu Rahim Sterlinq qapayır - 18,5 milyon. Ən çox məvacib alan 15 futbolçudan 5-i "Mançester Yunayted"in formasını geyinir. "Mançester Siti" və "Liverpul" hərəyə 3 oyunçu ilə təmsil olunur.

Ən çox maaş alan futbolçular:
1. David De Xea ("Mançester Yunayted") - 23 milyon avro
2. Kevin De Bruyne ("Mançester Siti") - 19,7 milyon
3. Rahim Sterlinq ("Mançester Siti") - 18,5 milyon
4. Pol Poqba ("Mançester Yunayted") - 17,8 milyon
5. Məsut Özil ("Arsenal") - 16,5 milyon
6. Antoni Marsial ("Mançester Yunayted") - 15,3 milyon
7. Serxio Aquero ("Mançester Siti") - 14,1 milyon
8. Məhəmməd Salah ("Liverpul") - 12,3 milyon
8. Markus Reşford ("Mançester Yunayted") - 12,3
8. Harri Keyn ("Tottenhem") - 12,3 milyon
8. Tanqi Ndombele ("Tottenhem") - 12,3 milyon
12. Aleksander Lyakazett ("Arsenal") - 11,1 milyon
13. Roberto Firmino ("Liverpul") - 11 milyon
14. Vircil van Deyk ("Liverpul") - 10,1 milyon
15. Harri Maquayr ("Mançester Yunayted") - 10 milyon

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed