Şrift:
Ötən iki gün ərzində paytaxtda 55 cinayətin üstü açılıb
25.02.2020 [09:14] - Hadisə
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən iki gün ərzində 55 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir. Cinayətlərin 2-si qəsdən sağlamlığa ağır zərər vurma, 1-i adam öldürməyə cəhd, 17-si narkotiklər, 8-i xuliqanlıqla bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed