Şrift:
Mahir Məmmədov: "SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78%-ə çatdırıb"
06.03.2020 [09:02] - Borçalı
Gürcüstanın başkəndi Tiflisdə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov belə deyib.
O bildirib ki, şirkət Gürcüstanda bu sahədə fəaliyyətini davam etdirir: “Gürcüstanla Azərbaycan arasında biznes əlaqələrinin tarixi çox əvvələ gedir. Hər iki ölkə hər zaman şərq-qərb rotası üçün etibarlı körpü rolu oynayıb. Müasir dövrdə enerjinin hər bir cəmiyyət üçün strateji önəm daşıdığı müasir dövrdə bu əməkdaşlıq xüsusi önəmə malikdir. SOCAR-ın Gürcüstanda bu əlaqələrin inkişaf etdirilməsində önəmli yeri var. Şirkət Gürcüstanda 2008-ci ildə 46% səviyyəsində olan qazlaşdırmanı hazırda 78%-ə çatdırıb”.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 2514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed