Şrift:
Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı səkkiz nəfərdir.
06.03.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəsmi açıqlamalar Güney Azərbaycanda Koronavirusdan ölənlərin sayının artdığını göstərir.



Təbrizin Tibb Universitetinin rəisi, Məhəmməd Hüseyn Somi, son 24 saatda Şərqi Azərbaycan əyalətində 13 yeni yoluxma halı aşkarlandığını və beləliklə koronavirusa yoluxanların sayının 83 nəfərə çatdığını bildirib.



Sominin dediyinə görə, Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı səkkiz nəfərdir.



Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.





Somi, Şərqi Azərbaycanda onlarla yeni yoluxma halının aşkarlanmasının “təbii və gözlənilən” oluduğunu deyib.



Şərqi Azərbaycanda virusa yoluxanların əksəriyyəti Təbriz xəstəxanalarında müalicə alır.



Rəsmi məlumata görə, Qərbi Azərbaycan əyalətində 234 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onlardan 12 nəfərinin koronavirusa yoluxması təsdiqlənib, bir nəfəri isə dünyasını dəyişib.



Koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının rəsmi açıqlamalardan daha artıq olduğu ortaya çıxır.





Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur.



Ərdəbil Tibb Universitetinin rəisi, Qudrət Əxəvan Əkbərinin dediyinə görə, hazırda xəstəlik əlamətləri daşıyan 123 nəfər əyalətin xəstəxanalarında müalicə alırlar. Bunlardan 26 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 5 nəfər çatıb.





Zəncan əyalətində isə, hələlik 15 nəfərin koronavirusa yoluxduğu, iki nəfərin isə həyatını itirdiyi açıqlanıb.



Bu rəqəm Qəzvində 111 nəfərdir ki, onlardan doqquz nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.



Həmədan əyalətində də 19 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.





Qeyd etmək lazımdır ki, açıqlanan rəqəmlər sadəcə səhiyyə mərkəzlərində xəstəliklə bağlı analizdən keçdikdən sonra virusa yoluxduqları aşkar edilənlərə aiddir.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed