Şrift:
Bakıda Azərbaycan və Qırğızıstan gənclərinin forumu keçirilib
01.10.2012 [15:55] - Gənclik
Bu gün Bakıda Azərbaycan və Qırğızıstan Gənclərinin birinci forumu keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov iki ölkə gəncləri arasında əməkdaşlığın ölkələr arasında inkişafa xidmət edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Qırğızıstan gəncləri Azərbaycanın rayonlarına səfər edəcək və mədəniyyətimiz, tarixi abidələrimizlə yaxından tanış olacaqlar. Bu tip əməkdaşlıqlar qarşılıqlı olaraq həyata keçiriləcək: “Azərbaycan tarixində ilk dəfədir ki, biz ölkə olaraq BMT tərəfindən irəli sürülən “gənclər modeli” təşəbbüsünü digər ölkələrdə həyata keçiririk. Bu gün isə gənclər siyasəti modelimizi Qırğızıstanda gerçəkləşdiririk. Bununla bağlı, hər iki ölkədə müxtəlif treninq və konfranslar keçirilir. İnanırıq ki, gənclərlə əməkdaşlıq sahəsində görülən işlər əhəmiyyətli olacaq”.

Nazir qeyd edib ki, nazirlik 50-yə yaxın ölkə ilə gənclərlə əməkdaşlıq sahəsində müqavilələr imzalayıb və bu cür forumların keçirilməsi gələcəkdə də davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed