Şrift:
"Mahan Air"in pilotlarından biri koronavirusdan ölüb
19.03.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Mahan Air" aviaşirkətinin Əsğər Loran adlı pilotu koronavirusdan ölüb.



Məlumatlara əsasən, bir neçə gün öncə virusa yoluxmuş pilot Tehranın "Bəqiyyətullah" xəstəxanasında müalicə alırdı.



"Mahan Air" şirkəti qadağalara rəğmən, koronavirus pandemiyasının episentri olan Çinə uçuşlarını davam etdirməsinə görə son həftələr ərzində kəskin tənqidlərə məruz qalıb.



Xatırladaq ki, şirkət fevral ayının əvvəllərindən sonuna qədər Çin istiqamətində azı 55 gediş-gəliş uçuşu həyata keçirib. Bəzi iranlı siyasətçilə ölkədə koronavirusun yayılmasına görə "Mahan Air"i günahlandırırlar.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed