Şrift:
Azərbaycan İsveçrəyə nota verib
03.10.2012 [11:55] - Gündəm
Azərbaycanın İsveçrədəki səfirliyi bu ölkənin deputatlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərinə etiraz olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.Bu barədə jurnalistlərə Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi belə bir səfərin olduğunu təsdiqləsə də, səfərin şəxsi xarakter daşıdığını bildirib. İsveçrə XİN bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.
Qeyd edək ki, Ueli Loyenberq və Dominik de Byumanın rəhbərliyi ilə İsveçrə parlamentində Ermənistanla dostluq qrupunun üzvlərindən ibarət heyət Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed