Şrift:
Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərinə giriş-çıxış qadağan edildi
24.03.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan valisinin ictimai, siyasi və təhlükəsizlik məsələləri üzrə müavini bu gündən Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin giriş-çıxış yollarında avtomobillərin hərəkətinə qadağa tətbiq ediləcəyini bildirib.



Əli Rastqu qeyd edib ki, bu barədə 3 əyalətin valisi birgə qərar qəbul edib.



“Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin valiləri bir-birləri ilə görüntülü əlaqə saxlayaraq birgə iclas keçirib və koronavirus epidemiyası ilə bağlı müzakirələr aparıblar. Valilər əyalətlərarası yollarda birgə yoxlama məntəqələrinin yaradılması barədə qərar qəbul edib.”- deyə o bildirib.



Əli Rastq Novruz bayramı günlərində üç əyalət arasında səfərə çıxmaq istəyənlərə müraciət edərək vurğulayıb ki, kimsə bu əyalətlərə səfər etmək fikrində olmasın. Onlar əyalətlərin girişində dayandırılacaq.



“Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında hərəkət edən avtomobillərin sərnişinlərinin sağlamlığı yoxlanılacaq.”- deyə vali müavini əlavə edib.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed