Şrift:
Urmu gölündə suyun həcmi ötən ilə nisbətən artıb
24.03.2020 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmu gölündə suyun həcmi və gölün genişliyi ötən ilə nisbətən artıb.



Bunu Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan əyaləti üzrə ofis rəhbəri Fərhad Sərxoş deyib.



Qərbi Azərbaycan Teleradio Şirkətinin xəbər agentliyinin yaydığı məlumata görə, Fərhan Sərxoş hazırda Urmu gölündə 4 milyard 130 milyon kubmetr su olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 630 milyon kubmetr artım göstərir.



Fərhad Sərxoş bildirib ki, Urmu gölündə suyun həcmi artmaqla yanaşı gölün genişliyi də böyüyərək 2 min 991 kvadrat kilometrə çatıb.



Onun sözlərinə görə, göldə su səviyyəsi tarazlığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 santimetr artaraq 1271.54 metrə çatıb.



Fərhad Sərxoş göldə suyun səviyyəsinin hansı səbəbdən artmasına işarə etmədən əlavə ki, bu gedişatla hər il göldə su səviyyəsi tarazlığı bir metr artacaq və prezidentin Urmu gölünün canlandırılması ilə bağlı verdiyi vəd reallaşacaq.



Son vaxtlar bölgədə yağıntıların artması səbəbindən Urmu gölündə suyun səviyyəsi müəyyən qədər yüksəlib. Lakin müşahidələr göstərir ki, bu yüksəliş rəsmilərin iddia etdiyi qədər deyil. Bu arada rəsmi orqanlar göldə vəziyyətin nisbi olaraq dəyişməsini yağıntıların artması ilə deyil, hökumətin guya həyata keçirdiyi işlərlə əlaqələndirməyə çalışır. Halbuki, qısa müddət əvvəl Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri və Urmiyanın İran parlamentindəki millət vəklilləri dəfələrlə hökumətin gölün canlandırılması uğrunda heç bir iş görmədiyini açıqlayıblar.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed