Şrift:
Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib
25.03.2020 [11:32] - Xəbərlər, İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.

Agentlikdən bildirilib ki, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 manat dəyərində hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar “Bravo” supermarketlər şəbəkəsindən ərzaq və gündəlik tələbat mallarını ala bilərlər. Məqsəd, sağlamlıqlarını risk altına ataraq koronovirusun yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed