Şrift:
Türkiyə Suriya sərhəddində yenidən top səsləri eşidilib
04.10.2012 [14:23] - Gündəm
Bu gün səhər saatlarından etibarən Türkiyə-Suriya sərhəddində yenidən atəş səsləri eşidilməyə başlayıb. Türkiyə mətbuatını verdiyi məlumata görə, top səsələri Şanlıurfa şəhərinin Akçakale bölgəsi və ətrafından gəlir. Məlumata görə, Türkiyə vaxtı ilə 06.45-dən (Bakı vaxtı ilə saat 08:45) etibarən Türkiyədən Suriya tərəfinə top atışı edilib.

Qeyd edək ki, ötən gün Suriya ərazisindən atılan artilleriya mərmiləri Türkiyə ərazisinə düşüb. Nəticədə Şanlıurfa vilayətinin Akçakale bölgəsində 5 nəfər ölüb, 8 adam xəsarət alıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələri sərhəddəki insidentə cavab olaraq Suriya ərazisindəki mövqelərə zərbələr endirib.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed