Şrift:
İranda daha 134 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 3294 nəfərə yüksəlib”
03.04.2020 [15:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 3-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.



Cahanpur deyib ki, son bir sutka ərzində İranda daha 2715 nəfərin “Covid-19” infeksiyasına yoluxduğu təsdiq edilib: “Təəssüflər olsun ki, ötən bir gün ərzində İranda daha 134 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə bu günə qədər həmin infeksiyadan ölənlərin ümumi sayı 3294 nəfərə, yoluxanların ümumi sayı isə 53 min 183 nəfərə yüksəlib.



Xoşbəxtlikdən indiyə qədər xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 17 min 935 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda koronavirus infeksiyasına yoluxan və xəstəxanalarda müalicə alanlardan 4035 nəfərinin durumu ağırdır” -deyə, Kiyanuş Cahanpur əlavə edib.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed