Şrift:
Azərbaycanın ilk süni peyki fəzaya göndərilmək üçün hazırdır
08.10.2012 [11:10] - Gündəm
“Azercpace-1” adlanan süni peyk aparatının hazırlanması üzrə işlər başa çatdırılıb.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Elmir Vəlizadə “Anadolu” İnformasiya Agentliyinə müsahibəsində məlumat verib.

E.Vəlizadə Azərbaycanın süni peykinin orbitə çıxarıldıqdan sonra Avropa, Asiya və Amerika qitələrinin bir sıra ölkələrinin də onun xidmətlərindən yararlanacaqlarını qeyd edib.

Bildirilir ki, ABŞ-ın “Orbital Sciences” şirkətinin istehsalı olan “Azerspace-1” süni peyki Böyük Britaniyaya məxsus bir şirkətdə sığortalanıb və gələn ilin ilk aylarında Fransa Qayanasaındakı kosmodromdan fəzaya göndərilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed